Alimlər belə nəticəyə gəliblər ki, dünyada ümumi temperaturun qalxması və suda turşuluğun artması səbəbindən mərcan riflərinin əksəriyyəti məhv olacaq.

“Phys” xəbər verir ki, iqlim dəyişikliyi səbəbindən mərcan riflərinin 70-90 faizi artıq 20 il ərzində yox olacaq.

2100-cü ilədək isə dünyada, demək olar ki, mərcan rifi qalmayacaq.

Alimlər bunun qarşısını almaq üçün laboratoriyalarda mərcan yetişdirərək, ölmüş mərcanları onlarla əvəz edirlər.

Onların sözlərinə görə, 2100-cü ilə mərcanların yaşaması üçün dünyada iki-üç yer qalacaq.