Avropa İttifaqı (Aİ) Şimali İrlandiyanın sosial və iqtisadi inkişafı üçün 1,1 milyard avro ayırır.

Bu barədə İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir.

Məlumata görə, Aİ üç onillikdə icmalararası silahlı münaqişələrə səhnə olan regionda sosial-iqtisadi inkişaf, sülh və sabitliyin möhkəmləndirilməsi üçün maliyyə ayırır.

Əlavə edək ki, 1960-1990-cı illərdə Şimali İrlandiyada Böyük Britaniya ilə ittifaqı pozaraq İrlandiya Respublikasına qoşulmaq istəyən katoliklər ilə İrlandiyanın Krallığın tərkibində qalmasını müdafiə edən protestantlar arasında şiddətli toqquşmalar baş verib.

 

Gözəl Həşimova