Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 15-i saat 09:30-dan Sabirabad rayonu və saat 10:00-dan etibarən isə paytaxtın Suraxanı rayonu ərazisində qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə İqtisadiyyat.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Təmir işləri aparılan müddətdə Sabirabad şəhəri daxil olmaqla, rayonun Qaralar, Məmişlər, Qəfərli, Əsədli və Kürkənd kəndlərinin, eləcə də paytaxtın Suraxanı rayonunun Hövsan bağlar yaşayış massivinin və Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.