Naxçıvan Muxtar Respublikasının Şərur və Babək rayonlarının bir sıra kəndlərinin su təchizatı yaxşılaşdırılacaq və kanalizasiya sistemləri tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.

Qeyd edilib ki, bununla əlaqədar olaraq texniki-iqtisadi əsaslandırıma və layihə-smeta sənədlərinin hazırlanmasına başlanılır.

Söhbət Şərur rayonu üzrə Yuxarı Daşarx, Aşağı Daşarx, Dərəkənd, Siyaqut, Oğuzkənd, Yeni Havuş, Xətai və Kosacan, Babək rayonu üzrə isə Nəzərəbad, Didivar,Aşağı Uzunoba, Yuxarı Uzunoba, Vayxır, Xalxal, Məzrə, Məmmədrza Dizə, Kalboruc Dizə və Qaraqala kəndlərindən gedir.