Tramp administrasiyası S-400-lər aldığı üçün Türkiyəyə iyul ayında 3 yeni sanksiya paketi tətbiq etməyi düşünür.

“Blomberg” agentliyinin məlumatına görə, hazırda bu məsələ ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyində müzakirə edilir.

Agentlik administrasiyada Türkiyənin müdafiə sektorunda Rusiya ilə biznes aparan şirkətlərə qarşı CAATSA qanunu çərçivəsində sanksiya tətbiqinin daha çox dəstək qazandığını bildirib.

Qeyd edək ki, bu sanksiyalarla sözügedən şirkətlərin ABŞ maliyyə sistemindən kənarlaşdırılması nəzərdə tutulub.