ABŞ-ın Ermənistanın paytaxtında yerləşən səfirliyi Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar viza verilməsini müvəqqəti olaraq dayandırdığını elan edib.

“Sputnik” agentliyi məlumat verib ki, diplomatik korpusun ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib, səfirliyin binasına böyük çanta ilə girmək, onu saxlanc yerinə qoymaq, yaxud da müvəqqəti saxlamaq üçün təhlükəsizlik xidmətinin əməkdaşlarına təhvil vermək qadağandır.

Qeyd edək ki, iranlı general Qasım Süleymanin Bağdadda ABŞ hərbi hava qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra regionda siyasi və hərbi gərginlik artıb.