Ötən həftənin yekunlarına görə (10-14 iyun), ABŞ-da neft ehtiyatları 3,11 mln. barel azalaraq 482,4 mln. barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın neft ehtiyatlarının 1,08 mln. barel azalmasını proqnozlaşdırılırdı.