Koronavirusa qarşı hazırlanan peyvəndin laboratoriyada siçanlar üzərində sınağına başlanılıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələri Tibbi Elmi-Tədqiqat komandiri, briqada generalı Maykl Telli yeni peyvəndin sınaq işləri ilə bağlı açıqlama verib: “ABŞ Hərbi Qüvvələrinin laboratoriyasının xəstəliklərə nəzarət mərkəzi (CDC) səhiyyə sənayesi və akademiyalardan olan bir çox qurumla birlikdə peyvəndi test etməyə başlayıblar. Potensial peyvəndlər ən qısa müddətdə insanların üzərində sınaqdan keçirilməyə başlanacaq”. Volter Red ABŞ Hərbi Qüvvələrinin Araşdırma Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Kavyon Modjarrad peyvəndin ilk olaraq siçanlar üzərində yoxlanılacağını bildirib: “İkinci mərhələdə testlər meymunlar da daxil olmaqla, insan anatomiyasına yaxın heyvanlarda tətbiq oluncaq. Lakin testlərin insanlar üzərində tətbiq ediləcəyi vaxt isə dəqiq deyil”.