“Qafqazinfo” xəbər verir ki, 99 milyon dollar sərvəti olan biznesmen külli miqdarda rüşvət verməkdə şübhəli bilinir.

Məlumata görə, 51 yaşlı Klimets aprelin 12-də həbsxanaya yerləşdirilib. İş adamının vəkili Moskva Şəhər Məhkəməsinin qərarına etiraz olaraq apellyasiyainstansiyasına müraciət etsə də, o, həbsdə qalıb.

Hüquq-mühafizə orqanlarından olan mənbənin sözlərinə görə, Pavel Klimetsin Moskva səfəri 2014-cü ildə Ukraynadakı hərbi döyüşlər başlayandan sonra

Donbassda itirdiyi aktivlərinin taleyini müzakirə etmək cəhdi ilə bağlı olub. Onun kimə rüşvət verdiyi barədə məlumat yoxdur.