İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus "Vulcano" gəmisi göyərtəsində 60 fələstinli ilə İtaliyanın "La Spezia" limanına daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb.

Məlumata görə, onlardan 18-i italyan pediatriya klinikalarında zədələrinə görə müalicə olunacaq uşaqlardır.

Xatırladaq ki, daha əvvəl İtaliya hakimiyyəti İsrail-Fələstin zonasına göndərilən “Vulcano” gəmisinin əməliyyat otaqları, tibbi avadanlıqlarla təchiz edildiyini və yaralıları qəbul etmək üçün nəzərdə tutulduğunu bildirib.

 

Əli Ağayev