"Marja" dərc olunmuş materiallara istinadən xəbər verir ki,  “Aqrolizinq” ümumi dəyəri 5 milyon 164 min avro olan 2 müqavilə bağlayıb.

"Ninox Alliance" JSC şirkəti ilə 20 ədəd 185 a.q. gücündə taxılyığan kombaynın satın alınması haqqında müqavilə bağlanılıb. Müqavilənin dəyəri 1 milyon 570 min avro təşkil edir.

"Exlex İmpex" LP şirkəti ilə 40 ədəd 152 a.q. gücündə taxılyığan kombaynın satın alınması haqqında müqavilə bağlanılıb. Müqavilənin dəyəri 3 milyon  594 min avro təşkil edir.