Türkiyənin Mersin vilayətinin Ərdəmli qəsəbəsində bir sahibkar 5 ton soğanı 2 lirəyə (0.58 manat) satıb. Aprel ayında qiymətləri 31.44% bahalaşaraq marketlərdə 10 lirəyə (2.94 manat) çatan soğanın bu qiymətə olduğunu görən vətəndaşlar, satışın olduğu yerə axın edib. İqtisadiyyat.Az türk mediasına görə, 5 ton soğan 1 saat içərisindən satılıb.

Bəzi vətədaşlar soğanı kisə ilə alıb. Ucuz qiymətə satdığı üçün sevinən sahibkar, “Vətəndaş ucuz soğan alsın. Biz onları düşünürük və sevinmələrini istəyirik” deyib.