21-ci əsrdə ən məhsuldar olan cinah müdafiəçiləri bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, siyahıya braziliyalı müdafiəçi Dani Alveş başçılıq edir. Hal-hazırda həbsdə olan futbolçu karyerası boyunca 281 qolun vurulmasında iştirak edib. 74 qol vurub, 207 assist edən braziliyalı "Barselona" klubunun sabiq futbolçusudur.

Siyahının 2-ci pilləsini  braziliyalı Roberto Karlos tutur. Karyerasını ərzində 132 qol vuran futbolçu, 131 qolun da ötürməsini edib. Karyerasının böyük hissəsini "Real Madrid" klubunda çıxış edən müdafiəçi, Türkiyənin "Fənərbaxça" klubunda da forma geyinmişdi.

İspaniya millisinin üzvü Jordi Alba siyahının 3-cü pilləsindədir. 45 qol vurub, 122 assist edən futbolçu hal-hazırda karyerasını "Barselona" klubunda davam etdirir.

Siyahıda ilk 20 futbolçu aşağıdakı fotoda qeyd edilib.