Azərbaycan 2023-cü ilədək avtomobil nəqliyyatı vasitələrinin istehsal həcminin $70 mln.-dək artacağını proqnozlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Alman-Azərbaycan Ticarət Palatasının saytında dərc olunmuş “Market Analysis Azerbaijan 2019” hesabatında deyilir.

2019-cu ildə avtomobil sənayesində istehsal $20 mln. səviyyəsində proqnozlaşdırılır.

"Azərbaycanda avtomobil istehsalı 2016-cı ildə dövlət tərəfindən qəbul edilmiş Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi sayəsində tədricən artır. Hökumətin proqnozlarına görə, avtomobil sənayesində istehsal 2019-cu ildə təxminən $20 mln., 2022-ci ildə isə ən azı $70 mln. təşkil edəcək”, - deyə hesabatda qeyd olunur.

Hazırda İran və Rusiya şirkətləri ilə birgə Azərbaycanın regionlarında nəqliyyat vasitələrinin yığılması üzrə layihələr həyata keçirilir. Bundan əlavə, hökumət avtobusların yığılmasını da təşkil etməyi planlaşdırır.