Avropa İttifaqı (Aİ) ölkələrində 2018-ci ildə rəsmi olaraq 333,4 min sığınacaq axtaran şəxs qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə Eurostat agentliyi məlumat verir.

Eyni zamanda qeyd etmək lazımdır ki, sığınma və beynəlxalq müdafiə üçün müraciət edənlərin sayı 2017-ci ilə nisbətdə 40% azalıb.

2018-ci ildə Aİ-da sığınacaq axtaran şəxslərin təxminən 30% -i Suriya vətəndaşlarıdır. İkinci yerdə Əfqanıstan (16%), üçüncü yerdə isə İraq (7%) ölkələrinin vətəndaşları durur.

2018-ci ildə Avropa ölkələri arasında ən çox qaçqın qəbul etmiş ölkələrə Almaniya (139,6 min), İtaliya (47,9 min) və Fransa (41,4 min) aid olunur.

163.8 min nəfər qaçqın statusunu (bütün müsbət qərarların 49% -i), 100.3 mindən çox insan əlavə müdafiə hüququnu (30%), 69.3 min nəfər isə humanitar səbəblərdən qalma icazəsini alıb (21%).