17 il sonra kəndinə qayıdıb fermer təsərrüfatı yaratdı.

Təhsil almaq üçün İstanbula gedən Leyla Qaya 17 il sonra yaşadığı Bitlisin Tatvan rayonuna qayıdaraq özünə fermer təsərrüfatı yaradıb. Belə ki, 12 yaşında ailəsiylə birlikdə təhsil almaq üçün İstanbula köçən L.Qaya təhsilini başa vurduqdan sonra doğma kəndinə qayıdıb. 

Yeddiverən kəndində məskunlaşan ailənin 31 yaşlı qızı ailəsinin dəstəyi ilə  heyvan saxlamağa qərar verib. Hazırladığı layihə qəbul edildikdən sonra hökumətdən güzəştli kredit alaraq 200 baş iribuynuzlu heyvanlar alıb. Hazırda o, gündə 600 litr süd istehsal edir. L.Qayanın təsərrüfatında bununla yanaşı, on nəfər işçisi var. (moderator.az)