İqtisadiyyat.Az türk mediasına istinadla xəbər verir ki, Şanlıurfada bir çox fermer yüksək maaş verməsinə rəğmən çoban tapa bilmirlər. Çobanlıq təxminən aylıq 5 manat maaşla bölgədəki bir çox peşəni geridə qoyur. Havaların istiləşməsi ilə əlaqədar sürünü sahəyə çıxaran və gecə-gündüz çöldə olan çobanların yeməklərini uzunqulaqlar daşıyır. Heyvanları otarıb doyuzdurduqdan sonra bir yerdə duran çobanlar, elə həmin yerdə də ocaq qalayıb çay dəmləyir. Heyvanların bütün məsuliyyətini daşıyan, bir neçə ay ailələrini görə bilməyən sürü nəzarətçiləri, bu səbəblə maaşlarının daha da yüksək olmasını tələb edirlər.

72 yaşlı sahibkar Əli Arak ata məsləki olan heyvandarlığı uzun illərdir davam etdirdiyini və müxtəlif səbəblərdən çoban tapmaqda çətinlik çəkdiklərini söyləyib: “Yazda heyvanlar əsasən sahələrdə otlayır. Buna görə də çobanların iş yükü artır. Mənim 3 çobanım var, hər birinə aylıq 5 min lirə(1470 manat) ödəyirəm. Digər, geyim, yemək, mobil telefonuna kontut yükləmək kimi ehtiyaclarını da biz qarşılayırıq. Buna rəğmən hər kəs bu işi görmək istəmir. Təbiidir ki, çobanlıq da çətindir. Bütün günü çöldə qalırlar. Ancaq yem də bahadır, alıb çatdıra bilmərik”.