İndiyədək müalicə üçün Türkiyəyə göndərilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov Fondun 3 illik hesabatına dair brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümumilikdə müalicə üçün Türkiyəyə 185 nəfər göndərilib: "Onlardan 7-si şəhid ailəsi, 178-i ağır yaralı olub. Hazırda Türkiyədə 5 ağır yaralının müalicəsi uğurla davam etdirilir. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb".

Sadiq Cavadov