Şəkidə intihar hadisəsi baş verib.

İqtisadiyyat.az Report.az-a istinadən xəbər verir ki, hadisə Çeşməli kəndində, meşəlik ərazidə baş verib.

Rayonun Yeni Çələbi Xan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tüfənglə özünə atəş açaraq intihar edib.

Məlumata görə, 27 yaşlı M.Məmmədovun psixoloji problemləri olub.

Faktla bağlı araşdırma aparılır.