Əlverişsiz hava şəraiti ilə əlaqədar Hərbi Gürcüstan yolu bağlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzinin saytında deyilir .

Məlumata görə, Rusiya tərəfdən 2,1 min yük maşını Gürcüstana daxil olmaq üçün gözləyir. Pis hava şəraiti ilə əlaqədar noyabrın 26-da Moskva vaxtı ilə saat 20:15-dən etibarən Hərbi Gürcüstan yolu ilə hərəkət yük maşınları üçün məhdudlaşdırılıb.

Qeyd edək ki, bu yol Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

 

Gözəl Həşimova