Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan azərbaycanlının yaxınları axtarılır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyada yaşayan azərbaycanlı diaspor fəalı Şamil Tağıyev bildirib. 

Onun sözlərinə görə, Moskva şəhərinin Təcili Yardım Stansiyası Azərbaycan vətəndaşı, 1975-ci il təvəllüdlü Əfəndiyev Abbas Sübhan oğlunun Bakıda yaşayan yaxın qohumlarını axtarır. 

Bildirib ki, buna səbəb Abbas Əfəndiyevin beyninə qan sızması ilə əlaqədar olaraq Moskadakı xəstəxanaların birinə yerləşdirilməsidir. 

Qeyd edilib ki, onun təcili əməliyyata ehtiyac var və əməliyyat da ancaq yaxınlarının razılığı ilə həyata keçirilə bilər.