Bakıda kafedə müştəriyə ağır xəsarətlər yetirilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonunda yerləşən "Nar Çiçəyim" kafesində qeydə alınıb.

Belə ki, Qarayev Tahir Nadir oğlu Xətai rayonu aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı şüşə parçası ilə Rəfiyev Elşad Fərhad oğlunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona daxilə nüfuz edən həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi üzrə hadisəni törətmiş Tahir Qarayev şübhəli şəxs qismində tutulub.