Müğənni Çinarə Məlikzadənin atası Məlikzadə Məlik Ağalar oğlunun ölümü ilə bağlı araşdırmalar aparılır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar Nərimanov Rayon Prokurorluğunda davam etdirilir.

Xatırladaq ki, 1962-ci il təvəllüdlü M.Məlikzadə ötən gün saat 15.40 radələrində metronun “Nərimanov” stansiyasında dünyasını dəyişib. “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, hadisə sərnişinin qatardan düşəndən sonra stansiya vestibülündə baş verib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.