Bu gün Moskvanın üç hava limanında 20-dən çox reys təxirə salınıb.

Bu barədə İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, "Domodedovo"da 14 reys gecikib, biri isə ləğv edilib. "Vnukovo"da 5 reys təxirə salınıb, 3-ü isə ləğv edilib. Bundan əlavə, "Şeremetyevo"da 4 reys təxirə salınıb.

Moskva hava limanlarında təyyarələrin uçuş vaxtlarının dəyişdirilməsinin səbəbi isə açıqlanmayıb.

 

Gözəl Həşimova