Bu gün metronun “Nərimanov” stansiyasında dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, həmin şəxsin 1962-ci il təvəllüdlü Məlik Ağalar oğlu Məlikzadə olduğu müəyyənləşib.

Qeyd edək ki, vəfat edən M.Məlikzadə müğənni Çinarə Məlikzadənin atasıdır.

***

14.57

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Bu barədə İqtisadiyyat.az-a “Bakı Metrooliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, metronun “Nərimanov” stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.

Qeyd edilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.