Abşeron rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Həsənov Fizuli Güləsən oğlu kafel metlax ustası kimi fəaliyyət göstərdiyi yaşayış binasının 7-ci mərtəbəsindən yük-qaldırıcı qurğu ilə aşağı düşərkən ehtiyatsız davranması nəticəsində yıxılaraq ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.