Keçmiş deputat Mətləb Mütəllimli Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə bağlı məhkəməyə müraciət edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə eks deputat Bakı İnzibati Məhkəməsinə üz tutub.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlərdir.

İddia hakim Miminat Hacıbəyovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Mətləb Mütəllimli Sosial Ədalət Partiyasının sədri olub. O, Azərbaycanın Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycanın baş prokurorunun birinci müavini vəzifəsində çalışıb.