İmişli rayonunda kişi həyat yoldaşını bıçaqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Cavadxanlı kəndində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Elməddin Qəhrəmanov arvadı, 1988-ci il təvəllüdlü Zəhra Qəhrəmanovanı bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Qadının döş qəfəsindən bir, qarın nahiyəsindən isə 5 bıçaq zərbəsi aldığı qeyd olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Elməddin Qəhrəmanov şübhəli şəxs qismində tutulub.