Ötən gün axşam saatlarında Gədəbəy Rayonu İcra Hakimiyyətinin (RİH) binasının birinci mərtəbəsində baş vermiş yanğının səbəbləri bəlli olub.

Bu barədə İqtisadiyyat.az-a açıqlamasında RİH başçısının birinci müavini Natiq Nağıyev məlumat verib.

Onun sözlərinə görə, yanğına səbəb qısa qapanma olub.Birinci müavin inzibati binaya ciddi fəsadın dəymədiyini qeyd edib:

“Binanın birinci mərtəbəsində qısa qapanma nəticəsində baş verən yanğın nəticəsində tavana ziyan dəyib. Yanğın elə bir ciddi fəsad törətməyib. Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Müdaxilələrdən sonra yanğın söndürülüb”.

Sadiq Cavadov

***

00.28

Gədəbəydə yanğın hadisəsi baş verib.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında qeydə alınıb.

Belə ki, binada anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.