"Verxniy Lars" keçid məntəqəsində 3200-dən çox yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir. 

İqtisadiyyat.az "Sputnik"ə istinadən xəbər verir ki, noyabrın 26-dan 29-dək yük maşınlarının keçidi hava şəraiti ilə əlaqədar dayandırılıb və nəticədə növbə yaranıb.

Bu günə olan məlumata görə, Rusiya tərəfdən Gürcüstana 3236 yük maşını keçmək üçün növbə gözləyir.

 

Gözəl Həşimova