Bakıda Qazaxıstan vətəndaşını avtomobil vuraraq öldürüb.  

İqtisadiyyat.az xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Əhmədov Mərdan Qabil oğlu idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə yolu keçən Qazaxıstan vətəndaşı 19959-cu il təvəllüdlü Nübar Kuliyevanı vurub.

O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.