Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsində qeydə alınıb.

Belə ki, Fətullayev Orxan Azad oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Əliyev Elşən Əli oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.