Bu gün səhər saat 08:30 radələrində "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində ləngimə yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, "Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb.

Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  İqtisadiyat.az-a bildirib ki, qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib.

Xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən asılı olaraq, 3-5 dəqiqə təşkil edib.

Hazırda araşdırma aparılır.