Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yeni avtomobillər alır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 4 ədəd minik avtomobilinin alınması nəzərdə tutulub.

Qeyd edilib ki, həmin nəqliyyat vasitələri 2023-cü ildə istehsal olunmuş sedan tipli minik avtomobilləri olacaq.

Nazirliyə avtomobillərin satışını "Toyota Absheron Merkezi" şirkəti həyata keçirəcək. Nazirlik isə bunun müqabilində şirkətə 296.350 AZN ödəniş edəcək.