Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumaat görə, hadisə "Mero yolu" adlanan ərazidə qeydə alınıb.

"VAZ 2107" və "Chevrolet Cruze" markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən "VAZ 2107" yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yararsız vəziyyətə düşüb.

Yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.