Mayın 21-də keçirilən ümumi seçkilərdən sonra hökumət qurula bilmədiyi üçün Yunanıstan prezidenti Katerina Sakelaropulu Hesablama Məhkəməsinin sədri İoannis Sarmanı müvəqqəti hökumətin baş naziri təyin edib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Sakelaropulu seçkinin nəticələrinə görə parlamentdə qrupu olan partiya liderləri ilə görüşdükdən sonra Sarmanı prezidentliyə dəvət edib:

"Biz rəsmi olaraq hökumət qurmağın mümkün olmadığını gördük və buna görə də müvəqqəti hökumət üçün konstitusiyaya uyğun son çarə olaraq sizi çağırdım"

Sarmas bunun böyük şərəf və konstitusiya əqidəsi olduğunu deyib və hökumətin müvəqqəti baş naziri olmaq mandatını qəbul etdiyini bəyan edib.