İnflyasiya ümumiyyətlə müəyyən bir bölgədə mal və xidmətlərin orta qiymətlərində davamlı artım kimi müəyyən edilir. 1980 və 1990-cı illərdə yaşanan son dərəcə yüksək qlobal inflyasiyadan sonra, inflyasiya minilliyin əvvəlindən bəri nisbətən sabit olub və adətən ildə 3-5 faiz arasında dəyişir.

Bəs 2000-ci ildən bəri qlobal inflyasiya səviyyəsi necə dəyişib?

İqtisadiyyat.az bununla bağlı dünya statistikasına əsasən araşdırma aparıb .

Xatırladaq ki, “Böyük Tənəzzül” kimi tanınan qlobal maliyyə böhranı səbəbindən 2008-ci ildə inflyasiyada kəskin artım oldu. Lakin 2021-ci ildə mövcud inflyasiya böhranı başlamazdan əvvəl inflyasiya 2010-cu illərdə kifayət qədər sabit idi.

Koronavirus pandemiyasının iqtisadi təsirlərinə baxmayaraq, qlobal inflyasiya səviyyəsi pandemiyanın ilk ilində 3,25%-ə enib, 2021-ci ildə isə 4,7%-ə yüksəlib. Bu artım tədarük zəncirindəki gecikmələrin istehlakçılara daha çox təsir göstərdiyi üçün baş verib.

Enerji və ərzaq qiymətlərinin artması, pandemiyadan sonra fiskal qeyri-sabitlik, istehlakçıların etibarsızlığı və Rusiya-Ukrayna müharibəsi kimi bir sıra mürəkkəb problemlər 2022-ci ildə yeni qlobal tənəzzül yaradıb. Bu dövrdə inflyasiya 8,73%-ə yüksəlib.

2023-cü ildə qlobal inflyasiyanın 6,9%-ə çatdığı təxmin edilir. Venesuela 200% ilə dünyada inflyasiyanın ən yüksək olduğu ölkədir.

Ümumillikdə 2000-ci ildən 2023-cü ilə qədər qlobal inflyasiya səviyyəsi belə olub:

İllər

İnflyasiya səviyyəsi

2000

4,85%

2005

4%

2008

6,37%

2010

3,66%

2015

2,73%

2016

2,73%

2017

3,25%

2018

3,65%

2019

3,51%

2020

3,24%

2021

4,71%

2022

8,73%

2023

6,78%

 

Gözəl Həşimova