Sentyabrın 17-si saat 14:00-a olan məlumatına əsasən Yevlax, Mingəçevir, İsmayıllı, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, külək Naftalanda 16 m/s, Bakıda 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23-25° isti, aran rayonlarında 25-29° isti, dağlıq rayonlarda 10-15° isti qeydə alınıb.