Azərbaycanda bir sıra tarixi ərazilərdə arxeoloji qazıntı və elmi-tədqiqat işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu işləri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu həyata keçirəcək.

Arxeoloji qazıntı və elmi-tədqiqat işləri "Şahbulaq" qalası və ətraf mühafizə zonasındakı tarix və mədəniyyət abidələrində, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisində və Xocəvənd rayonunun Hadrut qəsəbəsi ərazisində aparılacaq.