"Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Rusiya liderinin Türkiyəyə səfərinin vaxtını hələ ki, diplomatik kanallarla razılaşdırmayıblar".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, bu, diplomatik kanallarla razılaşdırılacaq.

Qeyd edək ki, iyulun 3-də Putin və Ərdoğan ŞƏT sammiti ərəfəsində Astanada ikitərəfli danışıqlar aparıblar. Görüşdə Putin Ərdoğana söz verib ki, o, Türkiyəyə mütləq səfər edəcək.

Xatırladaq ki, Putin Türkiyəyə sonuncu dəfə 2020-ci ilin yanvarında səfər edib.

 

Gözəl Həşimova