İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.

Ümumilikdə 30 milyon 530 mindən çox səs hesablanıb.

Nəticəyə əsasən, 49,8% seçici fəallığı ilə Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib. Pezeşkian 16 384 403 (53,6%) səs toplayaraq qalib gəlib.