Pakistanın Baş naziri Şahbaz Şərif İran prezidenti İbrahim Rəisi və İslam Respublikasının xarici işlər naziri Əmir Abdullahianın vəfatı ilə bağlı başsağlığı verib və bu faciə ilə əlaqədar ölkəsində bir günlük matəm elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X"də yazıb.

Şahbaz Şərif İran xalqına başsağlığı verib:

"Prezident Rəisi və onun tərəfdaşlarına hörmət əlaməti, həmçinin qardaş İranla həmrəylik əlaməti olaraq bayraq yarıya endiriləcək".

 

Gözəl Həşimova