Neftin qiyməti OPEC+ koalisiyasının hasilatı azaltması, ABŞ-ın İran və Venesuelaya tətbiq etdiyi sanksiyalar nəticəsində istehsaldakı itkilərin tələbata mənfi təsirləri fonunda təxminən son 10 ilin ən yaxşı rüblük performansını göstərir. Belə ki, neftin qiyməti təklif çoxluğunun qarışını almaq üçün OPEC və tərəfdaşlarının hasilatı azaltmaları ilə 2018-ci ilin sonuncu rübündəki itkilərinin çoxunu bərpa edib.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 68,20 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59,79 dollara satılır.(azərtac)