“Qərbdə müzakirə olunan hərbi texnika yenə də Ukraynaya çatacaq. F-16 təyyarələrinin Kiyevə göndərilməsini nəzərə alsaq təbii ki, bütün silah və hərbi texnikaların qarşı tərəfə yönləndirilməsi necə deyərlər planlıdır və Ukraynaya göndəriləcək”.

Bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Ryabkov əlavə edib ki, texniki təchizatla yanaşı Ukrayna Silahlı Qüvvələrinə  əlavə hərbi qulluqçular da hazırlanır:

"Bütün bu səylər tamamilə faydasız və mənasızdır. Bizim imkanlarımız elədir ki, xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə mütləq nail olunacaq və nə qədər böyük olsalar da, Rusiya Federasiyasının təhlükəsizliyinə heç bir müdaxilə edilməyəcək”.