"Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə fəaliyyət planı tərtib olunub".

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bunu Şəhidlər Xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, fəaliyyət planına uyğun olaraq silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

"Bakı, Gəncə və Şəkidə tədbirlər baş tutub. Növbəti isə Qubada və Naxçıvanda baş tutuacaq. Seçki hüququnun təmini mövzusunda təlimlər və treninqlər yenə də davam etidirləcək", - deyə o, əlavə edib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək.