Martın 10-da saat 17:30-da Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.