Lənkəranda yanğın baş verib.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Məlumatına görə, Lənkəran şəhərində ümumi sahəsi 150 kvadratmetr olan ikimərtəbəli altıotaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 kvadratmetr sahədə və dam örtüyü 10 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.