Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü, 1957-ci il təvəllüdlü Novruzov Nizami Əlisahib oğlu həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Şahsevən kənd sakini Həşimov Mübariz Tofiq oğlunu vurub.

Zərbənin təsirindən piyada aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır. Report