Şimali Koreya lideri Kim Çen In Koreya müharibəsində münaqişəyə son qoyan Panmunjom atəşkəs sazişinin 70-ci ildönümünün qeyd edilməsi çərçivəsində ölkəsində səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə təhlükəsizlik məsələlərini müzakirə edib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Kim Şoyqu ilə birlikdə Şimali Koreyanın yeni silahlarının yerləşdiyi sursat sərgisini ziyarət edib, yeni nəsil silah və raketləri araşdırıb. 

Şoyquya ölkəsinin milli təhlükəsizliyin inkişaf planı çərçivəsində hazırladığı döyüş sursatları haqqında məlumat verən Kim, dünyada silah inkişaf strategiyaları ilə bağlı qiymətləndirmələr edib. 

Danışıqlar çərçivəsində Kim və Şoyqu milli müdafiə və təhlükəsizlik, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı ümumi məsələlər barədə razılığa gəliblər.

Şoyqu Kimə RusiyaPrezident Vladimir Putinin məktubunu təqdim edib.