Hər il dəniz və okeanlardan 6 milyard ton qum çəkilir və bunun nəticəsində sualtı biomüxtəliflik təhlükə altındadır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) məlumat yayıb.

UNEP dənizlərdən və okeanlardan çəkilən qumu izləmək üçün "Sea Sand Tracker" adlı məlumat platforması qurub.

Bildirilib ki, qum və çınqıl müxtəlif tikinti fəaliyyətlərinin əsasını təşkil edir. Dəniz səviyyəsinin yüksəlməsi və fırtınalar sahilyanı icmalar üçün təhlükə yaradır. Çünki dəniz qumu sahil müdafiəsini qurmaq və dəniz enerji infrastrukturunu dəstəkləmək üçün lazım olacaq.

 

Gözəl Həşimova